reklam
“Universitatya”
Sportfm.az xəbər saytı

“Universitatya” "Səbail" ilə oyunlar üçün heyətini açıqladı -SİYAHI


Rumıniya “Universitatya”sı UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Səbail” komandası ilə keçirəcəyi oyunlar heyətini açıqlayıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi Korneliu Papure siyahıya 27 futbolçu – 3 qapıçı, 10 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçu daxil edib. Onlardan 8-i legionerdir.

Qapıçılar: Mirko Pilyatselli (İtaliya), Laurentsiu Popesku, Andrey Marinesku

Müdafiəçilər: Nikuşor Banku, Stefan Akka (Kot dİvuar), Florin Bornya, Marius Briçaq, Tyaqo Ferreyra (Portuqaliya), Florin Qardoş, Raul Hrenyuk, Renato Keliç (Xorvatiya), İvan Martiç (İsveçrə), Ştefan Vledoyu

Yarımmüdafiəçilər: Aleks Sikaldeu, Antoni İvanov (Bolqarıstan), Aleksandru Mateyu, Kamer Qaka (Albaniya), Marian Şerban, Boqdan Vetejelu, Vasile Konstantin

Hücumçular: Aleksandru İonitse, Raul Bayku, Kristian Barbux, Karlos Fortes (Portuqaliya), Valentin Mixayla, Mixay Roman, Ştefan Bayram

Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya Krayova” oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

Oxşar xəbərlər

"Səbail" Avropa Liqası ilə vidalaşdı
"Krayova" - "Səbail" - START HEYƏTLƏR
"Səbail" 2:3 "Universitatya Krayova" - VİDEO
"Səbail"ə qara forma düşmədi - Debütdə uduzdular
"Səbail" Avropa Liqası üçün 21 futbolçu sifariş etdi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər