reklam
UEFA Əliyar Ağayevi Mentor proqramına dəvət etdi
Sportfm.az xəbər saytı

UEFA Əliyar Ağayevi Mentor proqramına dəvət etdi


Hakimlərin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr reallaşdıran UEFA növbəti addımını atıb. 

Sportfm.az xəbər verir ki, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti tərəfindən AFFA Hakimlər Komitəsinə daxil olmuş məlumatda qurum tərəfindən yeni - İstedad və Mentor proqramı yaradıldığı, hazırda hakimlərin təsnifatında I kateqoriyada yer alan FİFA referisi Əliyar Ağayevin də həmin proqrama daxil edildiyi bildirilib.
Qeyd edək ki, İstedad və Mentor proqramında I kateqoriyadan (ümumilikdə Avropa üzrə 48 hakim) Elit kateqoriyaya namiz olan 11 hakim yer alıb. Proqram müddətində müxtəlif monitorinqlər aparılacaq və ən istedadlı hakimlər növbəti il Elit kateqoriyada yer alan 26 nəfərdən ən zəif göstəricilərə malik və ya son yaş həddinə çatmış referiləri əvəzləyəcək.  

Oxşar xəbərlər

Əliyar və Elçin gedir - Seminar
Əliyar Ağayev elit hakimlərin seminarında
Azərbaycan futbolunda yenilik: kateqoriyalara bölündülər
Əliyar Ağayev UEFA-nın hazırlıq kursuna cəlb olundu
Hamı üçün VAR, azərbaycanlı hakimlər üçün AVAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər