Dənizli azərbaycanlılara söz verdi -VİDEO
Təbrizin “Traktor” futbol klubunun yeni baş məşqçisi Mustafa Dənizli komanda heyətinin təqdimetmə mərasimində azarkeşlərə müraciət edib.
Sportfm.az xəbər verir ki, türkiyəli məşhur mütəxəssis “Traktor”a baş məşqçi təyin edilməsində rolu olan hər kəsə təşəkkür edib.
O, minlərlə azarkeşin iştirak etdiyi mərasimdə çempionluq sözü verib.
”Arxamda dayanan bu heyətlə sizin arzunuzu həyata keçirəcəyik. Tezliklə stadionlarda görüşəcəyik. Sizə layiq bir klub yaradacağıq.
İndi bir hədəfimiz var. O da sizin istəyinizi gerçəkləşdirməkdir. Nə istəyirsinizsə, onu da edəcəyik”.
Qeyd edək ki, Mustafa Dənizli bir qədər əvvəl “Traktor”a baş məşqçi təyin edilib.
O, Türkiyənin “Beşiktaş”, “Qalatasaray”, “Fənərbaxça” klublarında çempionluq yaşayan yeganə məşqçidir.
Oxşar xəbərlər
Azərbaycan klubunda nələr baş verir? - Prezident postunu tərk etdi
"Traktor" Mustafa Dənizlini istefaya göndərdi
Türkiyəli məşqçi azərbaycanlılar söz verdi - FOTO
"Traktor" azərbaycanlı futbolçu transfer edəcək? - Mustafa Dənizli açıqladı
Mustafa Dənizli istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
Güləşçimiz finalda - Dünya çempionatı















Misli Premyer Liqası