"Neftçi"nin oyunu 11-ci dəqiqədə dayandırıldı
"Neftçi" futbol klubu Türkiyə təlim-məşq toplanışı çərçivəsində ikinci oyununa çıxıb.
Sportfm.az əbər verir ki, komanda Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşmalıydı. Lakin güclü dumana görə oyun 11-ci dəqiqədə yarımçıq dayandırlıb.
"Neftçi": 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.
Xatırladaq ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.
Oxşar xəbərlər
"Neftçi" Avroliqaya bu heyətlə yollanacaq - SİYAHI
"Neftçi" "Vorskla"ya uduzdu
"Neftçi"nin ikinci rəqibi müəyyənləşdi
"Neftçi" Bolqarıstan klubunu məğlub etdi
"Neftçi" üç qolla qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası