"El Nino" səhnədən getdi
Məşhur ispaniyalı futbolçu Fernando Torres karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, Yaponiyanın "Saqan Tosu" klubunda çıxış edən 35 yaşlı forvard peşəkar karyerasını bitirib. "El Nino" ləqəbli təcrübəli futbolçu qərarını paylaşdığı video ilə açıqlayıb:
"Elan verəcəyim çox önəmli bir şey var. 18 həyəcanlı ildən sonra futbolçu karyeramı başa vurmağın zamanı gəldi. Gələn bazar (23 iyun) Yaponiya saatı ilə 23:00-da bütün detalları açıqlamaq üçün Tokioda mətbuat konfransı keçirəcəm".
Qeyd edək ki, karyerasına "Atletiko"da başlayan Fernando Torres 2001-2007-ci illərdə Madrid təmsilçisinin şərəfini qoruyub. "El Nino" ləqəbli futbolçu bu illər ərzində meydana çıxdığı 214 oyunda 82 qol vurub. Torres daha sonra "Liverpul" (2007-2011), "Çelsi" (2011-2015), "Milan" (2014-2015) və "Atletiko"da (2015-2018) oynayıb. O, 2018-ci ildə "Saqan Tosu"ya transfer olub. Torres İspaniya millisinin heyıtində də 110 oyun keçirib və 38 qol vurub.
Oxşar xəbərlər
"Atletiko"nun yeni baş məşqçisi - Fernando Torres
Fernando Torres baş məşqçi oldu - 37 yaşında
Milli komandanın sabiq üzvü haqqında film çəkiləcək
Torresin yeni klubu açıqlandı - FOTO
El-nino "gündoğar ölkəyə" getdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası