"Mançester Yunayted" "Qəbələ"yə qalib gəldi
“Qəbələ”nin U-11 komandası Polşanın Krakov şəhərində keçirilən “Murapol Cup” turnirində mübarizəyə start verib.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə öncə yerli "Yagelloniya"ya 0:1 hesabı ilə uduzan "Qəbələ", növbəti matçda daha bir Polşa komandası ilə görüşüb. Bu dəfə Uğur Kişiyev və Hüseyn Xasməmmədlinin qolları “Qəbələ”yə "Lexiya" üzərində qələbə qazandırıb - 2:0.
Hollandiya "Heerenveen"i ilə qolsuz bərabərlikdən sonra rəqib ABŞ təmsilçisi "Çikaqo İqls" olub. Çoxsaylı imkanlardan, həmçinin penaltidən yararlana bilməyən Azərbaycan təmsilçisi bu rəqibinə minimal hesabla uduzub – 0:1. Günün sonuncu matçına yorğun çıxan “Qəbələ” futbolçuları "Mançester Yunayted"ə də müqavimət göstərə bilməyiblər - 0:2.
Beləliklə, “Qəbələ” 4 xalla qrup mərhələsini 5-ci pillədə tamamlayıb. "Yagelloniya" (13 xal), "Heerenveen" (10), "Mançester Yunayted" (7) və "Çikaqo İqls" (6) 1/4 finala vəsiqə qazanıblar.
9-12-ci yerlər uğrunda mübarizədə “Qəbələ”nin ilk rəqibi "Rux" (Polşa) olacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |