“Səbail” daha iki transfer etdi -FOTO
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Səbail” daha iki futbolçu transfer edib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi makedoniyalı qapıçı Daniel Bojinovski və fransalı yarımmüdafiəçi Dilan Duventrunu heyətinə qatıb.
Hər iki futbolçunun “Səbail” forması ilə şəkilləri paylaşılsa da, tərəflər arasında imzalanan müqavilənin detalları və müddəti barədə məlumat verilməyib.
Duventru geridə qalan mövsümü “Zirə”də keçirib. Lakin mövsüm bitən kimi paytaxt klubu 30 yaşlı futbolçu ilə yolları ayırmışdı.
Bojinovskiyə gəlincə, onun son iş yeri ölkəsinin “Rabotniçki” komandası olub. O, “Sileks”, “Breqalniça” kimi klublarda da forma geyinib.
“Səbail” daha öncə Kamal Bayramov ("Zirə"), Ürfan Abbasov ("Qəbələ") və Turan Manafovu ("Zaqatala") heyətinə qatdığını açıqlamışdı.


Oxşar xəbərlər
“Səbail”də yeni futbolçu - Transfer
Legioner futbolçu "Səbail"i tərk etdi
“Zirə”dən “Səbail”ə transfer olunan futbolçu "ortada qaldı"
"Zirə"ni "Səbail"ə dəyişdi - FOTO
“Səbail” “Neftçi”nin futbolçusunu heyətinə qatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası