“Top qəbulu yaxşı olsa da, hücum oyunçuları üzərində işləmək lazımdır “ -Ciovanni Kaprara
Qızıl Avropa Liqasında C qrupunda mübarizəsini davam etdirən qadınlardan ibarət millimiz bugün İspaniyada cavab oyununu keçirib.
Sportfm.az xəbər verir ki, İspaniya Valladolid şəhərində baş tutan V turun oyununda komandamız yenidən məğlubiyyətlə qarşılaşıb.
Setlərdə çox da geridə olmayan yığmamız, bu dəfə də səfərdən 0-3 ( 12-25, 24-26, 22-15 ) hesabı ilə məğlub qayıtdı.
Qeyd edək ki, Azərbaycan İspaniya ilk oyununda da millimiz rəqibinə doğma meydanda 0-3 ( 21-25, 24-26, 14-25 ) hesabı ilə məğlub olmuşdu.
Ciovanni Kaprara: Oyuna pis başladıq. İlk hissə ilə müqayisədə sonrakı setlərdə müəyyən qədər yaxşı oyun göstərə bildik. Top qəbulunda yaxşı oynasaq da, hücumda oyunçularımız öz oyunlarını oynamadılar. Növbəti görüşlərdə yaxşı oynamaq üçün hücumçularımız üzərində daha çox çalışmalıyıq.
Turnir Cədvəli : Belarus 14 xal ( 15-4 ), İspaniya 12 xal ( 13-5 ), Finlandiya 3 ( 5-13 ), Azərbaycan 1 ( 4-15 )
Oxşar xəbərlər
Millimiz Portuqaliyaya məğlub oldu - Avropa Oyunları
Millimizin "daşı daş üstündə" qalmadı
Qızıl Avropa Liqası qalibiyyətsiz tamamlandı
Millimiz IV turda da Rumıniyaya məğlub oldu
Millimiz İtaliya və Ukrayna yığmalarına məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası