reklam
Rüfət Quliyev:
Sportfm.az xəbər saytı

Rüfət Quliyev:"Məhz buna görə turnirə qatılmadıq"...EKSKLÜZİV


Azərbaycan kubokunda 2016/17-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Öncə I divizionun 4 klubunun çıxış edəcəyi 1/16 final mərhələsinin iki cütlüyü müəyyənləşib. Ardınca 1/8 finalın 8 cütü bəlli olub ki, bunlardan 6-da iki komanda yer alacaqsa, 2-də bir klub ilk mərhələdəki qarşılaşmanın qalibini gözləyəcək. Püşkə əsasən, 1/4 və 1/2 finalda hansı cütlərin qaliblərinin görüşəcəyi də məlum olub. Oktyabrın 12-də start götürəcək kubok yarışlarında Topaz Premyer Liqasının 8, I divizionun 10 klubu mübarizə aparacaq. Aşağı dəstədə çıxış edən "Ağsu”, "Energetik”, "Mil-Muğan” və "Göyəzən” isə turnirə qatılmayacaq.
2016/2017-ci illər mövsümündə Azərbaycan Kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirən "Ağsu” klubunun baş məqşçisi Rüfət Quliyev Sportfm.az saytına turnirə qatılmamalarının səbəbini açıqlayıb:
"Komandada qapıçı problemi var. Heyətimizdə olan əlcək sahiblərindən biri ciddi zədəlidir. Digər qolkiperi qorumaq məcburiyyətindəydik. Məhz buna görə ölkə kuboku uğrunda turnirə qatılmadıq”.  
Qeyd edək ki, oktyabrın 12-də start götürəcək.  
Azərbaycan kuboku 2016/17 mövsümü 1/16 final, 12 oktyabr
1. "Turan Tovuz” - "Bakılı”
2. "Şəmkir” - "Qaradağ Lökbatan”  
1/8 final, 2-3 dekabr
3. 1-ci cütün qalibi - "Zirə”
4. "Neftçi” -"Şərurspor”
5. "Qarabağ” -  "Səbail”
6. MOİK - "Sumqayıt”
7. "İnter” – 2-ci cütün qalibi
8. "Şahdağ” - "Kəpəz”
9. "Qəbələ” - "Zaqatala”
10. AZAL -  "Rəvan”  
1/4 final, 11-13/21-22 dekabr
11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi
12. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
13. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi    
1/2 final, 30 mart/5 aprel
15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi  
16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi    
Final, 5 may
17. 15-ci cütün qalibi  - 16-cı cütün qalibi   

Oxşar xəbərlər

Pley-offun püşkü atıldı - Region Liqası
"Qarabağ"ın rəqibi kim olacaq?
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan kubokunda 2023/2024 mövsümünün püşkü atıldı
Rusiya ilk böyük futbol turnirini keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər