reklam
Avropa çempionatında ölkəmizi 18 cüdoçu təmsil edəcək
Sportfm.az xəbər saytı

Avropa çempionatında ölkəmizi 18 cüdoçu təmsil edəcək


İyunun 27-29-da Polşanın paytaxtı Varşavada kadetlər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, qitə çempionatında Azərbaycanı 18 cüdoçu (10 oğlan, 8 qız) təmsil edəcək. Belə ki, oğlanların yarışında İsmayıl Qənbərli (50 kq), Nicat Məmmədli, Kamran Süleymanov (hər ikisi 55 kq), Turan Bayramov, Çingiz Fəttahov (hər ikisi 60 kq), Mətin Rzazadə, Nahid İsmayılov (hər ikisi 66 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 73 kq), Hüseyn Məmmədov (90 kq-dan yuxarı) mübarizə aparacaqlar. Qızların yarışında isə Nigar Şahməmmədova (40 kq) , Könül Əliyeva, Lətifə Abbasova (hər ikisi 44 kq), Səbinə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Aytac Əliyeva (63 kq) və Nərmin Əmirli (70 kq) güclərini sınayacaqlar.

Turnirdə 35 ölkədən 400-ə yaxın idmançı iştirak edəcək.

Oxşar xəbərlər

Millimizin heyəti məlum oldu
Azərbaycanı təmsil edəcək cüdoçular - Avropa çempionatı
Avropa birinciliyində ölkəmizi 12 cüdoçu təmsil edəcək - SİYAHI
Azərbaycanı 13 cüdoçu təmsil edəcək - Böyük Dəbilqə
Avropa kubokunda ölkəmizi 8 cüdoçu təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər