“Neymar narkomandır, cəmiyyət üçün təhlükəlidir” -Model
Braziliya yığmasının və PSJ-nin ulduzu Neymarın ona təcavüz etdiyini idda edən model Najila Trinidadi indi də futbolçunun narkotik istifadəçisi olduğunu deyir. İspaniya mediası modelin öz vəkili ilə yazışmalarından bir hissəni yayımlayıb.
Sportfm.az xəbər verir ki, Najila Trinidadi braziliyalı futbolçunun ona təcüvüz edərkən içki və narkotikin təsiri altında olduğunu bildirib.
“Hesab edirəm ki, o, narkomandır. O, həbsxanada olmalıdır. Onun kimi adamlar cəmiyyət üçün təhlükəlidir”, – model vəkilinə belə yazıb.
Neymarın ünvanına ittihamlar iyunun 2-dən başlayıb. Trinidadi polisə müraciət edərək, futbolçunun mayın 15-də Parisdə ona təcavüz etdiyini bildirib.
Futbolçu və nümayəndəsi isə bu iddianı təkzib edib. Hətta Neymar üzərindəki şübhələri uzaqlaşdırmaq məqsədilə aralarındakı yazışmanın bir hissəsini də yayımlayıb. Futbolçu qadınla videogörüntüsünü də paylaşdı. Ancaq bundan sonra Braziliyada onun haqqında cinayət işi başlandı.
O da məlum olub ki, “Fernandes və Abreu” hüquq firmasının vəkilləri Trinidadinin hüquqlarının müdafiəsindən imtina ediblər. Vəkillər qadının ifadələri arasında ziddiyyətlərə görə bu addımı atıblar.
Oxşar xəbərlər
Neymara qarşı dəhşətli iddia - Braziliyadan Fransaya qadınlar gətirir
Neymarın işinə xitam verildi - Fakt yetməzliyi
Neymarın təcavüz etdiyi görüntülər yayıldı - VİDEO
Neymarın telefonu müsadirə edildi
Neymarın başı dərddə - Zorlamada günahlandırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası