"Neftçi"nin futbolçusu yığmada ciddi zədə aldı
"Neftçi" klubunun futbolçusu Soni Mustivar Haiti yığmasının düşərgəsində zədələnib.
Sportfm.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi məşqlərin birində komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb. MRT (maqnit-rezonans tomoqrafiyası) nəticəsində onun sağ dizinin iç bağlarının qırıldığı müəyyənləşib.
Bu səbəbdən, Mustivarın yaşıl meydanlardan 1 aydan 3 ayadək uzaq qalacağı açıqlanıb. Lakin bu müddətdə cərrahi müdaxiləyə ehtiyac duyulmayacaq. Beləliklə, "Neftçi" Avropa Liqasının təsnifat mərhələlərində mərkəzi amerikalı legionerinin xidmətlərindən yararlana bilməyəcək.
Qeyd edək ki, Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq "Gold Cup"a hazırlaşır. Şimali və Mərkəzi Amerikanın 16 ölkəsinin qatıldığı yarış iyunun 15-dək iyulun 7-dək keçiriləcək.
Oxşar xəbərlər
"Neftçi"nin futbolçuları Kosta Rikaya qarşı oynadı
“Neftçi”nin futbolçuları milliyə dəvət aldı
"Neftçi"nin futbolçusu milliyə qoşulmayacaq
“Neftçi”nin futbolçusu milliyə dəvət aldı
Soni bundan sonra "Neftçi" üçün "nəğmələr" oxuyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası