reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin meneceri:"Sabahdan işsizlər sırasına qoşulacam"


"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı əyalət klubundan ayrılıb. 

Sportfm.az xəbər verir ki, bu barədə qol.az-a açıqlamasında o, özü məlumat verib. Menecerin sözlərinə görə, klubdan gedişi bu gün rəsmiləşib. Gələcək karyerası ilə bağlı da danışan Səfiyarlı yenidən futbol agenti kimi çalışa biləcəyini istisna etməyib: 

"Qəbələ"dən bu gün ayrılmışam. Sabahdan işsizlər sırasına qoşulacağam. Ona görə də indidən nəsə deyə bilmərəm. Əvvəlcədən xəbərdarlıq olunsa da, iş axtarmaqla məşğul olmamışam. Bu dəqiqə üçün hər hansı bir fikrim yoxdur. Yəqin ki, ilk ağlıma gələn agentlik fəaliyyətinə qayıtmaq olacaq". 

Qeyd edək ki, Səbuhi Səfiyarlı 2013-cü ildən "Qəbələ"də çalışırdı.

 

Oxşar xəbərlər

“Qəbələ”də yeni təyinat
"Qəbələ"ni daha bir nəfər tərk etdi - FOTO
"Neftçi" "Qəbələ"ni "sökməkdə" davam edir!
"Qəbələ" nigeriyalı legioneri ilə yollarını ayırır
"Qəbələ" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər