Qattuzo ilə yollar ayrıldı
İtaliya A Seriyasında mövsümü 5-ci pillədə başa vuraraq, Çempionlar Liqasından kənar qalan "Milan" baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayırıb.
Sportfm.az xəbər verir ki, klub rəhbərliyi ilə görüşən 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İtaliyalı mütəxəssis komandadan ayrılması ilə bağlı bunları deyib:
"Milan"dan ayrılmaq asan deyildi, ancaq bu verəcəyim vacib qərar idi. Üzücü olsa da, lazımlı qərardır. İki illik müqaviləmdən imtina edirəm, "Milan"la aramda pul söhbəti baş verə bilməz".
Qattuzo üzərində böyük təzyiqin olduğunu deyib:
"Üzərimdə lazım olandan çox təzyiq var idi. "Milan"dakı 18 ayımda gecələri çətin yatdığımı deyə bilərəm. Zehni cəhətdən parçalandım. Ən böyük üzüntüm son 3-4 ayda istədiyimiz nəticələri almamağımız oldu. İnsanlar futbolçularımızın inkişaf etdiyini söyləyir. Ancaq bununla razı deyiləm, onların çoxu gözləniləri vermədi. Komandaya təşəkkür edirəm. 68 xalla Çempionlar Liqasına getməsək də, onlarla qürur duyuram".
"Milan"ı idman direktoru Leonardo da tərk edib.
Qattuzo 2017-ci ilin noyabrında "Milan"ın baş məşqçisi təyin edilmişdi.
Oxşar xəbərlər
Qattuzo kariyerasını Çində davam etdirəcək
Qattuzo "Milan"ı tərk etdi
"Rəhbərlik çətin anlarda məni dəstəkləyir" - Cennaro Qattuzo
Qattuzonun "Milan"dakı taleyinə aydınlıq gəldi
Cennaro Qattuzo millini çalışdırmaqdan imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası