reklam
Sportfm.az xəbər saytı

"Barselona" 9 futbolçu ilə yollarını ayırır


İspaniya Kral kubokunun finalında "Valensiya"ya uduzan "Barselona" heyətlə bağlı köklü dəyişikliyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, Kataloniya təmsilçisi 9 futbolçu ilə yollarını ayırır. Klub rəhbərliyinin Yasper Silessen, Ceyson Murilya, Tomas Vermalen, Samuel Umtiti, Rafinya, İvan Rakitiç, Malkom, Filipe Koutinyo və Kevin Prins Boatenqlə vidalaşacağı bildirilir.

Bundan başqa, komandanın baş məşqçisi Ernesto Valverdenin də istefaya göndəriləcəyi gözlənilir. İddiaya görə, "Barselona"nın prezidenti Xosep Bartomeu və Lionel Messi ispan mütəxəssisin komandada qalmasını istəmir.

Oxşar xəbərlər

“Barselona” onlardan canını qurtarmaq istəyir
Bazadakı əşyalarını topladı - Valverde gedir
"Onsuz da Ernesto ilə müqaviləmiz var" - Açıqlama
Yayda 300 milyon qazanmağı planlaşdırırlar - FOTO
Messi mövsümün ən yaxşısı seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər