reklam
Avropa çempionatına ev sahibliyi üçün yeganə namizəd şəhər -
Sportfm.az xəbər saytı

Avropa çempionatına ev sahibliyi üçün yeganə namizəd şəhər -FOTO


Yekaterinburq sambo üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün yeganə namizəd şəhərdir. Avropa Sambo Federasiyasının mayın 16-da İspaniyanın Xixon şəhərində keçiriləcək konqresində çempionata ev sahibliyi hüququnu qazanan şəhər rəsmən təsdiqlənəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Avropa və Ümumrusiya Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev məlumat verib. O qeyd edib ki, Avropa Sambo Federasiyasının illik konqresində təşkilatın ötənilki fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, planlar müzakirə ediləcək. Həmçinin bir neçə namizədin federasiyanın icraiyyə komitəsinə üzv seçilməsi məsələsinə baxılacaq.

Mayın 16-dan 20-dək İspaniyanın Xixon şəhərində sambo üzrə Avropa çempionatı keçiriləcək.

Oxşar xəbərlər

Kipr Avropa çempionatına ev sahibliyi edəcək - Sambo üzrə
Kipr Avropa birinciliyinə ev sahibliyi edəcək - Sambo üzrə
Serbiya dünya çempionatına ev sahibliyi edəcək - Türkmənistan imtina etdi
Serbiya dünya çempionatına ev sahibliyi edəcək - Türkmənistan imtina etdi
Afinada biz də varıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər