reklam
Abasov 60 milyon avroluq futbolçudan imtina etdi
Sportfm.az xəbər saytı

Abasov 60 milyon avroluq futbolçudan imtina etdi


Ötən mövsüm Portuqaliyanın "Sportinq" klubundan "Zirə"yə bir illik icarə əsasında keçən Budaq Nəsirov paytaxt klubundan ayrılıb.

Sportfm.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Samir Abasov Azərbaycan millisinin üzvünün xidmətində maraqlı olmayıb. 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Lissabon klubuna qayıdacaq. "Sportinq"in Nəsirovla yola davam edib-etməyəcəyi bəlli deyil.

Budaq Premyer Liqada başa çatan mövsüm ərzində 12 oyun (642 dəqiqə) keçirib.

Azərbaycanda Şahin Diniyevin rəhbərliyi altında "Kəpəz"də parlayan futbolçu 2016-cı ildə "Sumqayıt"dan "Sportinq"ə keçib. Nəsirov Lissabon klubunun B komandasında çıxış edirdi. Onun "Sportinq"lə 2021-ci ilə qədər müqaviləsi var və sərbəst qalma dəyəri 60 milyon avrodur.

Oxşar xəbərlər

Nəsirov "Sportinq"ə qayıtdı
"Zirə" yeni transferini açıqladı - FOTO
Budaq Nəsirov Azərbaycana qayıtdı - Futbolçu "Zirə"də oynayacaq
"Sportinq"in futbolçusu "Qarabağ"a keçir?
Budaq Nəsirov 90 dəqiqə oynadı, “Sportinq” məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər