Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roman Qriqorçuk: "İdeal olmaq üçün çox işləməliyik"
"Oyundan əvvəl də əhvalın kifayət qədər yaxşı idi. indi də. Məni xüsusi ilə o sevindirdi ki, gözəl oynadıq”. Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib. Ukraynalı mütəxəssis keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Çempionatımız fasilə yaranacaq. Yəqin ki, Ukraynaya gedəcəksiniz.
- Xeyr, ailəmlə birgə Qəbələdə istirahət edəcəyik.
- "Qəbələ” hazırda yüksəlişdədir. Fasiləni komandanız üçün yersiz hesab etmirsiz?
- Bizim qrafikimiz çox sıx idi. Bu fasilədən özümüz üçün yaralanmalıyıq.
- Dabo və Uiks fiziki cəhətdən hazırlıqlı görünmürlər. Onlar bir hissəlik futbolçulardır?
- Dabo 60 metr məsafəni qət edib qol vurmuşdu. Düşünmürəm ki, bizdə hazırlıqsız futbolçu var. Sadəcə hamısı inkişaf etməlidir.
- Petar Franyiç bu gün oynamadı. Ondan narazısınız, yoxsa ona ehtiyac olmadı?
- Bu gün özümü öldürsəydim belə, xeyri olmayacaqdı, 14 nəfərdən çox futbolçu oynaya bilməzdi. Kim hazırdısa, o da oynayır. Bizim öz yanaşmamız var.
- Əgər legioner limiti olmasaydı, azərbaycanlı futbolçunu meydana buraxardınız?
- (Gülür) Son avrokubok görüşündə 3 azərbaycanlı futbolçuya etimad göstərdim. Biz oyunçuların pasportuna baxmırıq. Kim hazırdırsa, ona da şans veririk. Bizim öz yanaşmamız var. Bugünkü oyunun protokoluna diqqətlə baxsaz, haqlı olduğuma əmin olacaqsınlz. Hər iki komandanın heyətində həm yerli, həm də legioner futbolçular var.
- "Qəbələ”də bir çox futbolçu sizin dönəminizdə parlayıb. Dabo sizi ilk məşqdə əsəbləşdirmişdi, Ruslan Qurbanov indi daha inamlı oynayır və sair. Sizin sehrli çubuğunuz var, yoxsa onlarla yaxından söhbət edirsiz?
- Bizim xüsusi proqramımız yoxdur. Elə futbolçu var ki, ona çox zaman lazım olur.
- Hazırkı "Qəbələ” sizin futbol fəlsəfənizi nə dərəcədə nümayiş etdirir?
- İdeal olmaq mümkün deyil. İlk hissədə yaxşı oynadıq, çox xoşuma gəldi. İdeal olmaq üçün çox işləməliyik.
- Teo Uiks çox sərt oynayır. Onunla söhbət etmisiz?
- Uiksin Avropa Liqasındakı qırımzı vərəqəsinə görə söhbət etmişik. Təəssüf ki, qısa müddətdə bunu dəyişə bilmir, amma çalışır. Uiks üzərində çox çalışıb və inkişaf edir.
Oxşar xəbərlər
Roman Qriqorçuk:”Bu bizim komanda üçün əlavə motivasiya yaratmır”
Roman Qriqorçuk:"Qarabağ" üzərində qələbə daha vacibdir" - YENİLƏNİB
Roman Qriqorçuk: "Bu, komandamızın inkişaf etdiyini göstərir"
Roman Qriqorçuk: "İstənilən oyuçunun itkisi komanda üçün yaxşı hal deyil"
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin