Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
19 ildən sonra klubdan gedir
İtaliyanın "Roma" klubu mövsümün sonunda kapitanı Daniele de Rossi ilə yolları ayıracaq.
Sportfm.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu gün mətbuat konfransı keçirəcək. De Rossi karyerasını başa vurmayacaq. Onun Avropadan kənarda oynayacağı gözlənilir. Əfsanəvi futbolçu A Seriyasının 38-ci turunda "Parma" ilə ev matçında azarkeşlərlə vidalaşacaq.
De Rossi 2000-ci ildə "Roma"ya gəlib və 1 il sonra əsas komandaya yüksəlib. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində ikinci ən yaxşı göstəricidir.
Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub.
Oxşar xəbərlər
“Roma”da yeni baş məşqçi - RƏSMİ
Daha bir əfsanəvi futbolçu yaşıl meydanları tərk etdi - FOTO
De Rossinin transferi təsdiqləndi
Daniele De Rossinin yeni klubu bəlli oldu
Daniele de Rossi "Roma"ya güzəşt etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası