Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçumuz Böyük Dəbilqə yarışında gümüş qazandı
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqə yarışında gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici qarşılaşmada 2017-ci ilin serbiyalı dünya çempionu Nemanya Maydova uduzub.
Maydov hissənin ortalarında tətbiq etdiyi vaza-ari fəndi ilə qələbəyə nail olub.
Bu, Azərbaycanın Böyük Dəbilqədə 5-ci medalı olub.
Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Telman Vəliyev (73 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Daha bir cüdoçumuz medal qazandı - Böyük Dəbilqə
İki cüdoçumuz yarımfinala yüksəldi - Böyük Dəbilqə
Rüstəm "Böyük Dəbilqə"ni medalsız tərk etmədi
Cüdoçumuzun ipponu beynəlxalq turnirdə ən yaxşı seçildi
Yığmamız Böyük Dəbilqə yarışını 7 medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası