"Keşlə" yenə məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, turun bütün matçları eyni gündə oynanılacaq.
İlk olaraq "Keşlə" "Zirə"ni qəbul edib.
Digər oyunda “Qarabağ” doğma meydanda “Səbail”lə qarşılaşacaq. Ağdam klubu bu matçda qalib gələcəyi təqdirdə, yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirəcək. “Səbail” isə üç xal qazansa, üçüncü yeri təmin edəcək və tarixində ilk dəfə mükafatçılar sırasına düşəcək.
“Neftçi” səfərdə “Qəbələ”nin qonağı olacaq. Bakı klubu bu turda qalib gəlməyəcəyi təqdirdə, gümüş medalla kifayətlənəcək, "Qarabağ" isə "Səbail"lə oyunun nəticəsindən asılı olmayaraq, ölkə çempionu olacaq.
“Qəbələ”nin xal itkisi isə “Səbail”i bürünc mükafatçı edəcək. “Qırmızı-qaralar”ın medal şansını qalması üçün Sənan Qurbanovun komandası qalib gəlməli, “Səbail” isə xal itirməlidir.
Turun son oyununda "Sumqayıt" "Sabah"ı qəbul edəcək.
17:00 “Keşlə” – “Zirə” - 1:3
Qollar: Conatan Ayite, 45 (pen.) - Xulio Sezar Rodriqes, 26, 47, Mfo Kqasvane, 52
Qırmızı vərəqə: Denis Silva, 28 ("Keşlə")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |