reklam
MOİK I Divizionda çempion oldu! -
Sportfm.az xəbər saytı

MOİK I Divizionda çempion oldu! -FOTO


Azərbaycan I Divizionunda 2018/2019-cu illər mövsümünün qalibi müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, paytaxtın MOİK klubu qızıl medallara yiyələnib. 

Bu gün 25-ci tur çərçivəsində “Qaradağ Lökbatan”la qarşılaşan "hərbçilər" 2:0 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib. 

Xal hesabını 62-yə çatdıran Azər Bağırovun yetirmələri 2-ci pillədəki "Sumqayıt-2"ni 3 xal qabaqlayır. Paytaxt klubu şəxsi görüşlərdə rəqibindən üstün olduğu üçün əlçatmazdır.  

"Hərbçilər" daha öncə 2000/2001 mövsümündə çempion olmuşdu.

 

I Divizion, 4 may (şənbə)

 XXV tur 

 

“Keşlə-2” – “Şüvəlan” - 1:0

Qollar: Nodar Məmmədov, 58 (avtoqol)

“ASK Arena”

 

“Zirə-2” – “Sumqayıt-2” - 2:4

Qollar: Müşfiq İlyasov, 61, 75 - Fərid Kərimzadə, 4, 11, Ülvi Əliyev, 9, Emin Zamanov, 41

Qırmızı vərəqə: Müşfiq İlyasov, 79 ("Zirə-2")

“AZAL Arena”

 

“Turan Tovuz” - “Səbail-2” - 2:2

Qollar: İlkin Sadıqov, 65, 73 - Təyyar Məmmədov, 32, Xəlil Bəşirov, 84

Qırmızı vərəqə: Hikmət Verdiyev, 16 ("Səbail-2")

Tovuz şəhər stadionu

 

“Kəpəz” – “Ağsu” - 3:1

Qollar: Oqtay Məmmədov, 30, 41, Əli Səmədov, 35 - Ramil Əliyev, 63

Gəncə şəhər stadionu

 

“Sabah-2” – “Qarabağ-2” - 0:1

Qol: Cavid Bayramov, 88 (pen.)

Binə qəsəbə stadionu

 

“Qaradağ Lökbatan” – MOİK - 0:2

Qollar: Bahadur Həziyev, 9, Orxan Həsənov, 73

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

“Zaqatala” – “Neftçi-2” - 1:1

Qollar: Ramin Əhmədov, 90+7 - Əlibəy Məmmədli, 73

Zaqatala şəhər stadionu

 

Oxşar xəbərlər

I Divizion: 6 oyuna 31 qol vuruldu
Axır ki, "Kəpəz" sevindi
I Divizionda XII turun oyun cədvəli müəyyənləşdi
I Divizionda növbəti turun təqvimi açıqlandı
I Divizionda ilk turun oyunlarının vaxtı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər