MOİK rəsmiləri beynəlxalq tədbirdə -FOTO
Vyetnamın Xo Şi Min şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) 74-cü Baş Assambleyası və Konqresi keçirilib.
Sportfm.az xəbər verir ki, 137 ölkənin üzv olduğu şuranın illik tədbirində Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik-leytenant Rəşad Quliyevin başçılığı altında nümayəndə heyəti təmsil edib.
MOİK rəsmiləri Baş Assambleya və Konqres çərçivəsində təşkil olunan debatlarda fəal iştirak edib, müəyyən məqamlarla bağlı toplanan təcrübəni bölüşüblər.
CISM dünya miqyaslı üçüncü hərbi idman təşkilatı, dünya səviyyəsində, qitələrarası və regional yarışları keçirən ən böyük idman təşkilatlarından biridi.
Qurum 1948-ci il fevralın 18-də yaradılıb. Ali rəhbər orqanı hər il çağırılan Baş Assambleyadır.
Qısa zaman ərzində fəaliyyətini genişləndirərək Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanınan şuranın məqsədi idman və fiziki məşqlər vasitəsilə iştirakçı ölkələr arasında daimi əlaqələr yaratmaqdır.
Oxşar xəbərlər
Çingiz Hüseynzadə ordenlə təltif olundu - FOTO
Güləşçilərimiz 32-ci dünya çempionatında iştirak üçün Litvaya yola düşüblər
Hərbçilərimiz Dünya çempionatında iştirak edəcək
Mehriban Əliyeva yüksək mükafata layiq görüldü - FOTO
Hərbçi güləşçilərimiz Makedoniyada yarışacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası