Premyer Liqada mövsümün son ev oyunu keçiriləcək
Bu həftə Topaz Premyer Liqasında XXVI turun oyunları keçiriləcək. Eyni gündə - aprelin 27-də baş tutacaq tur “Zirə” üçün mövsümün son ev oyunu ilə əlamətdar olacaq.
Sportfm.az xəbər verir ki, bu qarşılaşma iki komanda arasında 16-cı çempionat matçı olacaq. İlk dəfə 2015-ci ildə gələn rəqiblər 4 mövsüm ərzində 15 dəfə münasibətlərini aydınlaşdırıb. 4 dəfə rəqibindən bir xal alan “Zirə” 11 oyunda uduzub. “Qarabağ”ın qapısından 6 top keçirən paytaxt klubu 30 qol buraxıb. “Qartallar”ın qollarına 5 futbolçu imza atıb ki, Mirsayib Abbasov digərlərindən çox – 2 dəfə fərqlənib. 8-ci dəfə ağdamlıları qəbul edəcək “Zirə” əvvəlki 7 ev oyununda 2 xal qazanıb. 5 dəfə uduzan bakılılar 3 qol vurub və 15-ni buraxıb. Qeyd edək ki, rəqiblər cari mövsümdə üç dəfə üz-üzə gəlib. Mövsümün ilk yarısında iki qələbə qazanan “Qarabağ” öz meydanında 3:2, “Zirə”nin ev oyununda 6:0 hesabı ilə qalib gəlib. III dövrənin səfər görüşündə isə "Zirə" bir xal əldə edib – 0:0.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |