Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail"in futbolçusu "Stemford Bric"də meydana çıxacaq
"Səbail" klubunun futbolçusu Maykl Essyen dah bir oyuna dəvət alıb.
Sportfm.az xəbər verir ki, ulduz futbolçu xeyriyyə matçında iştirak edəcək. UNICEF-ə dəstək xarakterli görüş iyunun 16-da İngiltərənin "Çelsi" klubunun stadionu "Stemford Bric"də keçiriləcək.
Qanalı yarımmüdafiəçinin yer aldığı dünya yığmasında "Çelsi"də komanda yoldaşları olmuş Didye Droqba və Rikardo Karvalyo da olacaq. Rəqib İngiltərə əfsanələri komandasında isə Frenk Lempard, Co Koul kimi futbolçular yer alacaq.
Qeyd edək ki, Maykl Essyen mayın 18-də Afrika yığmasının heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı keçiriləcək görüşə də dəvə alıb.
Oxşar xəbərlər
Bakıda olan milyoner Essyen yenə varlandı - 32 milyon
Maykl Essyen sıradan çıxdı
"Səbail"in futbolçusu Afrikanın rəmzi yığmasında
"Səbail"in futbolçusu "Çelsi" azarkeşlərinə müraciət etdi
Maykl Essyen "Səbail"lə məşq etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası