reklam
Sportfm.az xəbər saytı

"Keşlə" və "Qəbələ"nin 49-cu dueli


Bu həftə Topaz Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək. 

Sportfm.az xəbər verir ki, “Qəbələ” səfərdə “Keşlə” ilə görüşəcək. Aprelin 14-də oynanılacaq matç “ASK Arena” stadionunda olacaq. Bu görüş iki komanda arasında 49-cu qarşılaşma olacaq.

İndiyədək “Qəbələ” və “Keşlə” ümumilikdə 48 görüşdə üz-üzə gəlib. “Qırmızı-qaralar” 15, Bakı klubu 16 qələbə qazanıbsa, 17 oyunda heç-heçə qeydə alınıb. Top fərqində paytaxt təmsilçisi üstündür – 60:50. Bu qarşılaşmalarda 5 qol vuran Daniel Subotiç “Qəbələ”nin ən məhsuldar oyunçusudur. 

Oynanlan 48 matçdan 5-i kubok, 43-ü çempionat çərçivəsində keçirilib. Bu görüşlərdə 12 qələbəsi olan komanda 17 dəfə bir xalla kifayətlənib. 14 qarşılaşmada isə “Keşlə” üç xala sevinib. Premyer Liqada 43 qol vuran komanda 53 top buraxıb.

Oxşar xəbərlər

“Qəbələ” və “Zirə” arasında 33-cü duel
Əyalət klubunun paxtaxt komandası ilə 52-ci dueli
"Keşlə" 51-ci duelinə çıxır
"Qəbələ"nin "Keşlə" ilə 47-ci dueli
"Qəbələ" - "Keşlə": 46-cı dueldə kim qalib gələcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər