reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"da baş məşqçi və Rəşad Sadıqovdan çox şey öyrəndim" -Ansi Aqolli


"Nyu-York Kosmos"un futbolçusu Ansi Aqolli ötən ay ayrıldığı "Qarabağ"dakı vaxtlarından danışıb. 

Sportfm.az xəbər verir ki, ABŞ klubunun saytına danışan alban müdafiəçi Ağdam təmsilçisində oynamağın onun üçün şərəf olduğunu deyib: 

"Mən bunu magistraturada oxumaqla müqayisə edərdim. Orada oynayaraq çox şey öyrəndim. Xüsusilə məşqçi və kapitandan. 

"Qarabağ"da biz hər şeyə sıfırdan başladıq, ildən-ilə yüksəldik. Çətin günləri xatırlayıram. Çünki adətən o vaxtlar daha çox öyrənirsən. 

Mən "Qarabağ"da yaxşı anlar  yaşadım. Çempionluq, ilk Avropa Liqası, həmçinin Çempionlar Liqası - bu, tortun üstündə albalı kimidir. "Çelsi" və "Atletiko"ya qarşı oynamaq çox həyəcanlı idi".

Oxşar xəbərlər

"Qarabağ"ın "qaqa"sı ABŞ-da qalacaq - FOTO
Ansi Aqolli elə bir qol vurdu ki.... VİDEO
"Azərbaycanda ən yaxşı səfirimiz idi" - VİDEO
Ansi Aqolli okeanın o tayına yollanır!
Ansi Aqolli: "Fərqli hisslər yaşadım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər