reklam
Pulunun ikiqat artırılmasını istəyir
Sportfm.az xəbər saytı

Pulunun ikiqat artırılmasını istəyir


"Roma"nın türkiyəli futbolçusu Cengiz Ünder mövsümün sonunda komandasını dəyişə bilər. 

Sportfm.az xəbər verir ki, Avropanın bir neçə nəhəng klubu onun xidmətində maraqlıdı. 

22 yaşlı yarımmüdafiəçi hazırda konkret olaraq "Real", "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Bavariya"nın transfer gündəmindədi. 

Futbolçunun meneceri Fali Ramadani onun gələcəyini müzakirə etmək üçün "Roma" idman direktoru Massara ilə görüşüb. 

Menecer Türkiyə millisinin üzvünün illik 800 min avro olan maaşının ikiqat artırılmasını tələb edib. Onu komandada saxlamaq niyyətində olan "canavarlar" bu tələbi müsbət qarşılayıb. 

Cengiz Ünderin "Roma" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Oxşar xəbərlər

Cengiz Ünder Fransa kubunda - 4 illik müqavilə
"Napoli" Cengizi istəyir - Transfer
Türk futbolçu "Milan"a keçir
Cengiz Ünderin qiyməti açıqlandı - 40 milyon avro
"Roma" Cengiz Ündəri heyətdən kənarlaşdırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər