Türklər nə pullarını ala bilir, nə də əlaqə saxlaya bilir
"Qalatasaray" Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan FİFA-ya şikayət etməyə hazırlaşır.
Sportfm.az xəbər verir ki, İstanbul nəhəngi qarşı tərəfin tələbləri yerinə yetirməməsindən narazıdı.
Məsələ burasındadı ki, cari mövsümün əvvəlində "cim-bom"dan Batefimbi Qomisi alan ərəblər 2 milyon avroluq son ödəməni hələ etməyib.
Klublar arasındakı razılığa əsasən, bu məbləğ martın 1-də İstanbul nəhənginin hesabına köçürülməli idi.
Lakin üstündən bir ay vaxt keçməsinə baxmayaraq, "Qalatasaray" nə pulu alıb, nə də qarşı tərəfdən kimləsə əlaqə saxlaya bilib.
Türklər Səudiyyə Ərəbəstanı klubuna daha 10 gün vaxt verib. Əgər aprelin 10-dək pul hesaba köçürülməsə, "sarı-qırmızılılar" FİFA-ya şikayət edəcək.
Oxşar xəbərlər
PSJ "Real"ı FİFA-ya şikayət edəcək
“Qalatasaray”da daha iki transfer
"Qalatasaray" ərəblərdən şikayət etdi - FİFA-ya
"Qalatasaray"ın futbolçusu Səudiyyə Ərəbistanı klubunda
Ortaya siyasət girdi, futbol yaddan çıxdı - Problem
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası