Əfran İsmayılov məşqə gəlmədi
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə baxmayaraq, "Sumqayıt" hazırlıqlarını davam etdirir.
Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib. Zədəli olan Aleksey İsayev və Əfran İsmayılov məşqdə iştirak etməyib. Əmir Ağayev isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa "Sumqayıt-2"-dən İbrahim Novruzov, Emin Zamanov, İbrahim Əliyev və U-17 komandasının üzvü Cavidan Abbaszadə əsas komanda ilə birlikdə çalışıb.
1,5 saat davam edən məşqdə əsasən müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" yoxlama görüşü çərçivəsində martın 25-i "Qəbələ" ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.
Oxşar xəbərlər
"Sumqayıt" "Səbail" ilə qarşılaşacaq - Yoxlama oyunu
"Sumqayıt" "Zirə" üçün hazırlaşır - FOTO
“Sumqayıt”ın yeni baş məşqçisi komandanı ilk məşqə çıxardı - FOTO
"Sumqayıt" "Sabah"la oyun üçün hazırlığını davam etdirir
“Sumqayıt” hazırlaşır, Əfran məşqdə iştirak etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası