reklam
Sportfm.az xəbər saytı

"Nöqsanlarımızı bu mövsümdə saxlayaraq, yeni «futbol ili»nə daha yaxşı hazırlaşacağıq" -Qazax klubu


Region Liqasının I pley-off mərhələsinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, «FC Baku», «Füzuli», «Uğur», «Şahdağ», «Şirvan» və «Energetik» növbəti mərhələyə vəsiqə qazanıb.

"İmişli" - "FC Baku"                              0:2 / 0:5
"Füzuli" - "Ümid" Cəlilabad                     3:0 / 2:1
"Şirvan" Ağdaş - "Ağsu Siti"                   2:0 / 3:3
"Şahdağ" Qusar - "Göyəzən"                  5:1 / 4:0
"Energetik" Mingəçevir - "Salyan"             6:0 / 1:1
"Uğur" Sumqayıt - "Alyans"                   0:0 / 2:0 
Yarışda çıxışını dayandıran "Göyəzən" bununla bağlı açıqlama yayıb: "Region Liqasının 1/8 final mərhələsində məğlub olaraq, 2018/2019 mövsümü bizim üçün başa çatdı. Biz bu mövsümdə məğlub olsaq da, bundan sonra daha çox çalışıb, daha çox əziyyət çəkib, 2019/2020 mövsümünə ciddi hazırlaşacıq. Səhvlərimizi, nöqsanlarımızı bu mövsümdə saxlayaraq, yeni «futbol ili»nə daha yaxşı hazırlanaraq addımlayacağıq. Yanımızda olan, əziyyətimizi çəkən, azarkeşlik edən, gələn-gələ bilməyən, ürəyi bizimlə olan hər kəsə minnətdarıq. Nə yaxşı ki, varsız. Var olun!". 

II pley-off mərhələsinin cütlüklərini və oyunların tarixini diqqətinizə çatdırırıq. 

II PLAY OFF MƏRHƏLƏSİ 
İlk oyunlar - 30-31 mart 2019
Cavab oyunlar - 6-7 aprel 2019 

"FC Baku" - "Füzuli"
"Şirvan" Ağdaş - "Şahdağ" Qusar
"Energetik" Mingəçevir - "Uğur" Sumqayıt

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Neftçi" "bürünc"ün bir addımlığında
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər