Milan derbisində 5 qol vuruldu
"İnter" futbolçuları İtaliya çempionatının 28-ci turu çərçivəsində səfər oyununda "Milan" üzərində 3:2 hesablı qələbə qazanıb.
Sportfm.az xəbər verir ki, "San-Siro" stadionunda keçirilən oyunda hesabı 3-cü dəqiqədə "İnter"in oyunçusu Matias Vesino açıb.
Ounun 51-ci dəqiqəsində Stefan de Vrey hesabda fərqi artırıb - 0:2. Cəmi 6 dəqiqə sonra Tyemue Bakayoko fərqlənərək "Milan"ı sevindirib. Oyunun 67-ci dəqiqəsində Laurato Martines penaltini dəqiq yerinə yetirərək "İnter"in üçüncü qolunu vurub. Matçda son qolu meydan sahiblərinin futbolçusu Mateo Mussakio vurub.
Beləliklə, 28 turdan sonra "İnter" 53 xal toplayaraq çempionatın üçüncüsüdür, "Milan" isə 51 xalla dördüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Bu gün derbi var - "Milan" - "İnter"
"İnter"dən qələbə, "Milan"dan bərabərlik - A seriyası
"İnter" "Milan"ı məğlub etdi
Milan derbisində 6 qol - "İnter" liderdir
"Roma" Milandan 1 xalla döndü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası