Mübariz Mənsimovun qohumu klub yaratdı, ancaq...
Region Liqasının Cənub zonasında 8-ci tur çərçivəsində "Astara" - "Alyans" qarşılaşmasının əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını xəbər vermişdik.
Sportfm.az xəbər verir ki, görüş yenidən keçirilməli olsa da, bu dəfə Lənkəran təmsilçisinin oyuna getməməsi səbəbindən baş tutmayıb.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının işçi qrupunun üzvü Yusif Vəliyev bununla bağlı açıqlama verib:
“Astara” – “Alyans" matçı güclü yağış səbəbindən təxirə salınmışdı. Bilirsiz ki, liqanın təqvimində belə hallar üçün xüsusi “pəncərə” nəzərdə tutulub.
Müəyyən səbəbdən təxirə salınan oyunlar məhz həmin “pəncərə”də keçrilməlidi. Təəssüf ki, “Alyans” bu dəfə qarşılaşmaya yollanmayıb.
Komandanın rəsmisi mətbuata açıqlamasında deyib ki, guya bizi və “Astara” rəsmilərini səfərə çıxa blməyəcəkləri ilə bağlı 1 gün əvvəlcədən xəbərdar edib.
“Astara”nı bilmirəm, AFFA-ya bu haqda oyuna 1 saat qalmış zəng vurub deyiblər. Həmin vaxt oyunu idarə edəcək hakimlər də artıq meydana çıxıblar.
İntizam Komitəsi növbəti iclasında bu məsələyə baxacaq və lazımi qərar qəbul edəcək. Yəqin ki, “Alyans”a texniki məğlubiyyət veriləcək.
“Alyans”ın məsələsi AFFA-nın Region Liqası üzrə İşçi Qrupu tərəfindən də müzakirə olunacaq. Mövsümün əvvəlində biz bütün komandalardan bu məqama xüsusi diqqət yetirmələrini istəmişdik.
Bildirmişdik ki, üzürsüz səbəbdən meydana çıxmayan komandalar barədə ciddi tədbirlər görüləcək. İşçi Qrupunun toplantısında "Alyans"ın növbəti mövsüm Region Liqasına buraxlıb-buraxılmaması gündəmə gətiriləcək”.
Maraq üçün qeyd edək ki, "Alyans"ın himayədarı məhkəmə sistemində çalışan Elvin Qurbanov adlı şəxsdi. O isə «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovun yaxın qohumudu.
Elvin bəyin komandanı növbəti mövsüm I Diviziona çıxarmaq istəməsi yönündə AFFA rəsmiləriylə danışıqlar apardığı bir vaxtda belə bir problemin ortaya çıxması təəccüb doğurmaya bilməz.
Bizdə olan bilgiyə görə, "Alyans" içəridən qarışıb. 8 futbolçu xəstəlik bəhanəsiylə səfərə yollanmaqdan boyun qaçırıb.
Bu tərəfdən isə "Salyan" Masallı təmsilçisinin qəsdən "Astara" ilə qarşılaşmadığını, başqa sözlə, onlara 3 xal hədiyyə etdiyini AFFA-ya şikayətində bildirib.(sportinfo.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |