reklam
Premyer Liqanın 18-ci turunda neçə azarkeş qeydə alındı?
Sportfm.az xəbər saytı

Premyer Liqanın 18-ci turunda neçə azarkeş qeydə alındı?


Azərbaycan Premyer Liqasının 18-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub. 

Sportfm.az xəbər verir ki, turun ilk görüşü Qəbələ şəhər stadionunda "Qəbələ" və "Keşlə" arasında baş tutub. 0:0 hesabı ilə başa çatan görüşü stadionda 650 nəfər izləyib. 

"Əlincə Arena"da baş tutan "Sabah" - "Qarabağ" matçında (1:1) 1700, "Bakcel Arena"da reallaşan "Neftçi" - "Səbail" qarşılaşmasında (1:2) isə 752 azarkeş qeydə alınıb. 

Turun son oyunu "Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" arasında baş tutub. Qonaqların 1:0 hesablı qələbəsini 1500 nəfər izləyib. 

Beləliklə, 18-ci turda 4602 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1150,5 fanat deməkdir.

Oxşar xəbərlər

Topaz Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?
Mövsümün rekordu "Əlincə Arena"da reallaşdı
Stadionlarımızda nə qədər azarkeş oldu?
Mövsümün ən yaxşı göstəricisi: 4 min 600 azarkeş
Azərbaycan derbisini neçə azarkeş izlədi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər