reklam
Sportfm.az xəbər saytı

"Çelsi" klubuna transfer qadağası qoyuldu


FIFA İngiltənin "Çelsi" klubuna transfer qadağası qoyub. 

Sportfm.az xəbər verir ki, London təmsilçi növbəti iki transfer pəncərəsində yeni oyunçu qeydiyyatdan keçirə bilməyəcək. Cəza 2019-2020 mövsümünün sonunadək qüvvədə olacaq. 

Klubun yetkinlik yaşına çatmayan 29 futbolçu transfer etməklə və oyunçu qeydiyyatı ilə bağlı digər tələbləri pozduğu müəyyənləşib. 

Londulular həmçinin 600 min İsveçrə frankı məbləğində cərimələnib. Problemin yoluna qoyulması üçün "Çelsi"yə 90 gün vaxt verilib. Bundan başqa klub azyaşlılara qarşı münasibətdə qaydaları pozması səbəbindən 510 min frank cərimələnib və ona vəziyyəti tənzimləmək üçün 6 ay vaxt verilib. 

Oxşar xəbərlər

İtaliya klubuna ağır cəza - FİFA
Fransa klublarına transfer qadağası - Qaydaları pozdular
Türkiyə klubuna transfer qadağası - Borc səbəbindən
FIFA "Çelsi"nin etirazını rədd etdi
FIFA “Çelsi”nın etirazını rədd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər