reklam
Polşa və İspaniyadan olan referilərə etibar edildi
Sportfm.az xəbər saytı

Polşa və İspaniyadan olan referilərə etibar edildi


Çempionlar Liqasında növbəti təyinatlar açıqlanıb. 

Sportfm.az xəbər verir ki, 1/8 finalın fevralın 13-də baş tutacaq iki görüşünün də hakimləri bəlli olub. 

Mərhələnin ikinci oyun günündə Polşa və İspaniyadan olan hakimlər ədaləti qoruyacaq. Hər iki matçı elit kateqoriyalı hakim idarə edəcək. 

“Tottenhem”in Dortmund “Borussiya”sı ilə matçında ispaniyalı Antonio Migel Mateu Lahos fit çalacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək. 

“Ayaks”ın “Real”la ev görüşündə isə polşalılardan ibarət briqada iş başında olacaq. Baş hakim funksiyasını Şimon Marçinyak yerinə yetirəcək.

Oxşar xəbərlər

Atletiko” – “Liverpul” oyunu Polşadan olan hakimlər briqadasına tapşırıldı
Millətlər Liqasının fınalı ispaniyalı hakimə həvalə edildi
Çempionlar Liqasında finalın hakimləri açıqlandı
“Tottenhem” - “Ayaks” matçı Laosa tapşırıldı
"Kral klubu"nun matçının hakimi dəyişdirildi - səbəb məlum deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər