reklam
Sportfm.az xəbər saytı

"Formula 1" daha 3 il Azərbaycanda keçiriləcək -Açıqlama


"Formula 1" yarışı daha 3 il Azərbaycanda keçiriləcək.

Sportfm.az xəbər verir ki, bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.

A.Rəhimov qeyd edib ki, "Formula 1" yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.

Qeyd edək ki, "Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula 1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.

Oxşar xəbərlər

Azərbaycan Qran Prisinin proqramı dəqiqləşdi - Formula 1
Azərbaycan Qran-prisi başlayır - Formula 1
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi məlum oldu
Azərbaycan Qran Prisinə 20 gün qaldı - SON VƏZİYYƏT
Formula 1 Almaniya Qran-Prisi təqvimə qayıdacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər