Neymeti və Hosseyni Azərbaycan klubuna transfer oldu
Futzal üzrə Yüksək Liqanın lideri “Araz” heyətini gücləndirməkdə davam edir.
Sportfm.az xəbər verir ki, qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə, Elşən İbramxəlilov və Adəm Həbibovla yollarını ayıran son çempion İrandan dəvət olunmuş futzalçılarla güclənib.
Mövsümün ilk iki dövrəsində yerli klublarda forma geyinmiş Ali Mikaili, Masoud Nasirzadeh, Mehemmede Reza Rouhi və Sadiq Cavidlə anlaşan “Araz” İran çempionatında çıxış etmiş, hətta bu ölkənin milli komandasının yoldaşlıq oyunlarına cəlb edilmiş 2 futzalçını da transfer edib.
Söhbət 24 yaşlı Memmedtaha Neymeti və 27 yaşlı Abulfez Hosseynidən gedir.
Hücumçu olan Neymeti “Mogavimeti”, müdafiədə çıxış edən Hosseyni isə “Parsian Gods”da çıxış edib. Yeni oyunçularla mövsümün sona qədər müqavilə imzalanıb.
Oxşar xəbərlər
Ötən mövsüm azarkeşlərə qorxulu anlar yaşadan futzalçı "Araz"da
Ramiz Çovdarov "Araz"dan getdi
“Araz” iki futzalçı ilə yollarını ayırdı
Naxçıvan klubu heyətini 2 yeni oyunçu ilə gücləndirdi
"Araz" 10 nömrəsini tapdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası