reklam
Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb
Sportfm.az xəbər saytı

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb


Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb. Sportfm.az xəbər verir ki, toplantıda ilk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. Nazir Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasından danışaraq bütün qonaqları salamlayıb: "Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Ötən il Bakı ilk Avropa Oyunlarına, şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Bu il paytaxtımızda Formula 1 kimi nüfuzlu yarış təşkil olundu. İndi isə Bakı şahmat dünyasının mərkəzinə çevrilib. Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Böyük etimada görə FİDE-yə təşəkkür edirik".

FİDE prezidenti Kirsan İlyumjinov isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib: "Əminliklə demək olar ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır. Burada olmaqdan məmnunam. Yüksək təşkilatçılığa görə Azərbaycan hökümətinə, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hamıya məlumdur ki, Azərbaycanda şahmat çox sevilir. Dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. Məktəblərdə şahmat tədris olunur".

Sonra Azərbaycan Respublikasının Dövlət Himni, ardınca isə FİDE-nin himni səsləndirilib. 


Qeyd edək ki, FİDE-nin 87-ci Konqresi sentyabrın 13-də yekunlaşacaq.

Oxşar xəbərlər

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi
2020-ci ildə Şahmat Olimpiadası bu şəhərdə keçiriləcək
İlham Əliyev FİDE prezidenti ilə görüşüb
Bakıda Şahmat Olimpiadasının açılışı oldu
Şahmat Olimpiadasına gələnlər üçün Azərbaycanda yenilik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər