reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" "Turan Tovuz"a məğlub oldu


“Kəpəz” yoxlama oyunu keçirib.

Sportfm.az xəbər verir ki, “sarı-göylər” çempionatın qış fasiləsi dövründə növbəti hazırlıq matçında “Turan Tovuz”la qarşılaşıb. Tovuzda baş tutan görüşdə "Kəpəz" 3:4 hesabı ilə uduzub. “Kəpəz”in hər 3 qolu ilk yarıya təsadüf edib. Fasilədən sonra "Kəpəz" meydançaya ehtiyat oyunçuları buraxıb və bu da nəticəyə təsirsiz ötüşməyib. İkinci hissədə 4 top vuran “Turan Tovuz” qələbə qazanıb.  

Xatırladaq ki, bu oyun tərəflər arasında dövrələrarası fasilə müddətində ikinci yoxlama matçı olub. Bundan öncə komandalar yanvarın 14-də Tovuzda qarşılaşmışdılar. Həmin görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlmişdilər.

Oxşar xəbərlər

“Kəpəz” “Turan Tovuz”la qarşılaşacaq - Yoxlama görüşü
"Kəpəz" hazırlıq matçı keçirdi - Gəncə klubu bərabərə qaldı
"Kəpəz" "Turan"la oynadı - Hesabı "sarı-göylər" açdı
"Kəpəz" Tovuza getməyə peşman oldu
"Kəpəz" yoxlama oyununda qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər