• 17:22 Çərşənbə axşamı
    16 Avqust 2022
  • Footvolley
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Teqball
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Neftçi"nin veteranı: "Açığı, hansısa səlahiyyətli posta təyinat alacağımı gözləyirdim"

Gəncədə yenə narazılıq baş qaldırıb, şəhərin futbol ictimaiyyəti etiraz edir. 

Sportfm.az xəbər verir ki, narazılıq AFFA-nın xətti ilə “Kəpəz”ə rəhbər təyin olunacağı böyük ölçüdə dəqiqləşən İslam Abbasovla İdarə Heyətinin üzvü olacaq Vaqif Sadıqova görədi. 

Gəncəlilər öz şəhərlərinin veteranları, adlı-sanlı şəxsləri qala-qala, Bakıdan xüsusi tapşırıqla göndərilənlərin kimliyi ilə barışa bilmir.

Təbii, məlum xəbərlə razılaşmayan təkcə azarkeşlər deyil. Bu, daha çox gəncəli futbol veteranlarına təsir etməlidi. Axı məhz onlar “Kəpəz” üçün can qoyub, çətin günlərdə birgə olublar. 

Əaqə saxladığımız Maşallah Əhmədovla Mehman Allahverdiyevin dediklərindən sonra əlavə şərhə ehtiyac qalmadı (Futbol+). 

Maşallah Əhmədov: “Yaşananlardan xəbərim var. Deməli, məsələ belədi. 2-3 ay əvvəl Elxan Məmmədovun yanına getmişdik. Üzbəüz oturub söhbət etdik və açıq şəkildə dedim ki, “Kəpəz”də Müşahidə Şurasının sədri səlahiyyətlərini yerinə yetirə bilərəm. Hamı bilir ki, gəncəli veteranlarla münasibətim yaxşıdı. Mehman Allahverdiyev, Arzu Mirzəyev, Səfər Rəhimov kimi keçmiş futbolçularla əl-ələ verib futbolu yenidən ayağa qaldırmağın planlarını cızıb, ən qısa zamanda hədəfə çatmaq mümkündü.Mənə konkret cavab vermədi, amma danışığından başqa planlarının olduğunu başa düşdüm. Açıq şəkildə bizə inamsızlıq göstərdiklərini dedim. Tanınmış futbolçuyam, Maşallah Əhmədovam, məni şuraya sədr qoymurlar. O vaxt “Neftçi”nin Müşahidə Şurasında yer almaq üçün Çingiz Abdullayevə müraciət etmişdim, o da onluq bir şeyin olmadığını demişdi. İslam Abbasovla Vaqif Sadıqovun “Kəpəz”də işləyə biləcəyinə inanmıram. Orda Mehman Allahverdiyevdən başqa heç kim işləyə bilməz. Mehman gələnə qədər Gəncədə futbol dirçəlməyəcək. Bunların ağlı var ki, Vaqifi Gəncəyə göndərirlər? “Kəpəz” nə İslamın yeridi, nə də Vaqifin. Gəncə nə Sumqayıtdı, nə də Lənkəran, ora başqa yerdi. Gəncədə işləmək çox çətindi. Mehman 2-3 il əvvəl “Kəpəz”də işləyəndə stadiona 20-25 min adam gəlirdi. Klub üçün canını qoyub, cibinin pulunu xərcləyib. Bu cür insanların əziyyətini yerə vurmaq olmaz. Allah hamısının işini avand eləsin. Mənim kimi bacarıqlı kadrları şuraya yaxın buraxmasınlar. Çünki keçmiş futbolçulara etimad göstərmirlər”.


Mehman Allahverdiyev: “Nə deyim axı? AFFA-dan belə məsləhət görüblər, bunlar da gəlib işləməlidilər. Zorla gedib nəsə tələb edəsi deyilik ki. İstər baş məşqçi, istər prezident, istərsə də icraçı direktor işlədiyim dönəmdə işimiz və “Kəpəz”in nəticələri göz qabağında olub. 3 il əvvəl Avroliqaya vəsiqə qazanıb, mərhələ adladıq. Mən klubdan çıxandan sonra nələr baş verdi – Allah bilir. İslam Abbasova da, Vaqif Sadıqova da uğurlar arzulayıram. Açığı, hansısa səlahiyyətli posta təyinat alacağımı gözləyirdim. Etmədilər, canları sağ olsun. Bu ideyanı irəli sürənə də, qərarı verənə də, icraçılara da can sağlığı diləyirəm. Necə işləyəcəklərini zaman göstərəcək. Söhbət azarkeşləri stadiona qaytarmaqdan gedirsə, bunun üçün özündənrazılıq kimi çıxmasın, Mehman Allahverdiyev lazım idi. İnanırsız, nə qədər zəng edirlər, görüşə çağırırlar. Hamı məndən xəbər alır, soruşur, maraqlanır. Baxıram ki, hamının ümidi mənədi. “Kəpəz”i 3 dəfə çempion etmişəm, 4 dəfə ölkə kubokunu qazanmışıq, 2 dəfə gümüş, 1 dəfə bürünc medallara sahib çıxmışıq. Çempionatlar tarixində mövsümboyu məğlubiyyət acısı yaşamayan bir komanda var – o da baş məşqçi olduğum dönəmdəki “Kəpəz”di. Məndən sonra çempionluq nədi, heç “bürünc” qazanmaq mümkün olmayıb. Klubun adını dəyişib “Gəncə” etmişdilər, “Kəpəz”in adını qaytardım. Bu gün futbolkaların yaxasındakı klub gerbi mənim dönəmimdə hazırlanıb. Sarı-göy rənglərin ideya müəllifi mən olmuşam. Həmin Mehman Allahverdiyevəm də. Vallah, özümü tərifləmək üçün demirəm. Sadəcə, “keçmişini dananın gələcəyi olmaz” məsəlini əsas tutub danışıram. Bunları mən deməsəm də, faktdı. Hər şey silinə bilər, amma tarix silinmir. Vallah, azarkeşlər var ki, deyir, sən yoxsan deyə, stadiona getmirik. Deyirəm, çox nahaq, gedin, dəstək verin, “Kəpəz” hamımızındı. Demək pis çıxmasın, vaxt olub biznesdən qazandığım şəxsi pullarımı klubun yolunda xərcləmişəm. Halal-halal xoşları olsun, Gəncəm və gəncəlilərim üçün etmişəm. Bakıdan oyundan qayıdanda yol qırağındakı təkərləri avtobusa yığıb gətirirdik ki, qaz olmayan bazada yandıraq, otaqlar isinsin. Meydanı sulayırdıq. Bu qədər əziyyət çək, axırı da belə... Bu gün maşından düşə bilmirəm, başıma yığışırlar. Qarabağ əlilləri, müəllimlər, veteranlar. Çox söz deyirlər, çox şey etmək istəyirlər, qoymuram. Nəsə edəcəklər, sonra da söhbət, şayiə ki, Mehman öyrətdi. Hələ işləmədiyim dönəmdə nə olurdusa, mənim üstümə atırdılar. Ona görə də susmaları məsləhətdi. Yaxşı olar, inşallah. Allah görür”.

скачать dle 10.4 UTF-8Forex для начинающих

28-01-2019
767
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
25-12-2020
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
27-09-2020
"Gəncəli azarkeşlər yolumu gözləyirlər" - Mehman Allahverdiyev
30-04-2020
“Kəpəz”in toxunulmaz rekordu
“Kəpəz”in toxunulmaz rekordu
28-04-2020
Üçqat ölkə çempionu: “Fəhlə kimi çağırırlar, sement qarışdırıram, kubik verirəm...” –
Üçqat ölkə çempionu: “Fəhlə kimi çağırırlar, sement qarışdırıram, kubik verirəm...” – Bir bombardirin hekayəti
26-11-2019
“Güləşi seçməsəydim, mütləq futbolçu olardım” -
“Güləşi seçməsəydim, mütləq futbolçu olardım” - Toğrul Əsgərov
20-09-2019
"Kəpəz"-in icraçı direktor vəzifəsinə yeni təyinat
29-06-2018
Braziliyalı futbolçu “Kəpəz”dən ali quruma şikayət edəcək
Braziliyalı futbolçu “Kəpəz”dən ali quruma şikayət edəcək
8-06-2018
"Azərbaycan millisində 10 il oynayardım"
5-03-2018
Yunis Hüseynov:
Yunis Hüseynov: Şərait vacibdir
19-11-2017
"Kəpəz" rəsmisi Diniyevin istefasının rəsmiləşmədiyini deyir: "Şahin müəllimdən narazılığımız, onu göndərmək fikrimiz yox idi"
28-09-2017
"Qəbələ" razılıq verdi, "Kəpəz" səfərə yollandı
31-03-2017
"Kəpəz" rəsmisi işdən çıxarıldı
29-11-2016
"Kəpəz" Elnur Məmmədovu "Neftçi"yə qaytardı - FOTO
28-11-2016
"Neftçi" rəhbərliyindən daha bir absurd addım...Klub rəsmisi olmayan şəxsə məktub ünvanlandılar - FOTO
22-09-2016
Mehman Allahverdiyev “Kəpəz”dən uzaqlaşdırıldı
Mehman Allahverdiyev “Kəpəz”dən uzaqlaşdırıldı
  Xəbər lenti
Azərbaycan daha bir qızıl medal qazandı - İslamiada 16.08.2022, 17:13
Super Liqada ilk baş məşqçi ayrılığı - İstefa 16.08.2022, 17:07
Atletimiz finalda - İslamiada 16.08.2022, 16:10
“Viktoriya” – “Qarabağ” matçının biletləri satışda - Çempionlar Liqası 16.08.2022, 16:02
Məşhur şirkət “Neftçi”nin tərəfdaşı oldu 16.08.2022, 15:15
Premyer Liqada yeni prezident - RƏSMİ 16.08.2022, 14:47
“Zirə”nin futbolçusu “Kəpəz”də 16.08.2022, 13:56
Bilet ala bilməyənlərin pulları geri qaytarılacaq? - AÇIQLAMA 16.08.2022, 12:39
Hindistan Futbol Federasiyasının üzvlüyü dayandırıldı 16.08.2022, 12:35
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Sabah  2 6
2 Neftçi  2 6
3 Qarabağ  2 6
4 Qəbələ 2 3
5 Zirə 2 3
6 Turan 2 3
7 Səbail 2 0
8 Şamaxı 2 0
9 Kəpəz  2 0
10 Sumqayıt  2 0
Ətraflı
23-07-2022
“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu -
“Fənər” Azərbaycan çempionu oldu, Rzayev 13 qol vurdu - FOTOLAR
26-07-2022
Azərbaycanlı aparıcı futbolçu ilə ailə qurur -
Azərbaycanlı aparıcı futbolçu ilə ailə qurur - FOTOLAR
30-07-2022
Əzələ fəaliyyətinin enerji ilə təmin edilməsi nəzəriyyəsinin tənqidi
Əzələ fəaliyyətinin enerji ilə təmin edilməsi nəzəriyyəsinin tənqidi
29-07-2022
PFL prezidenti seçilən Elxan Səmədov kimdir? -
PFL prezidenti seçilən Elxan Səmədov kimdir? - DOSYE
11-08-2022
Azərbaycan 56 ölkə arasında beşinci pilləyə yüksəldi -
Azərbaycan 56 ölkə arasında beşinci pilləyə yüksəldi - İslamiada
17-07-2022
Siyəzəndə
Siyəzəndə "Şollar" qalib gəldi - FOTOLAR
23-07-2022
Əbil Əbilov “Araz-Naxçıvan”la müqavilə bağladı -
Əbil Əbilov “Araz-Naxçıvan”la müqavilə bağladı - Keçid
Dünən, 19:46
"Kəpəz" azarkeşlərinə əl-qol atan Yaşar Vahabzadə: "Sizinlə başqa cür danışa bilərəm"
24-07-2022
"Sürix"lə oyunda Şahruddin penalti zamanı bu uşağı dinləmədi? - VİDEO
21-07-2022
Toyuna günlər qalmış ölən məşhur idmançının hamını üzən
Toyuna günlər qalmış ölən məşhur idmançının hamını üzən FOTOLARI
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Qaradağ Lökbatan 24 55
2 Şamaxı-2 24 44
3 Qarabağ-2 24 42
4 Sabah-2 24 39
5 Neftçi-2 24 38
6 MOİK 24 36
7 Kəpəz 24 36
8 Zaqatala 24 33
9 Qəbələ-2 24 33
10 Turan Tovuz 24 33
11 Sumqayıt-2 24 20
12 Səbail-2 24 15
13 Zirə-2 24 12
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb