reklam
AFFA növbəti Hesabat Konfransının gündəliyini açıqladı
Sportfm.az xəbər saytı

AFFA növbəti Hesabat Konfransının gündəliyini açıqladı


Martın 4-də, saat 10:00-da, “Hilton” otelində AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Sportfm.az xəbər verir ki, AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər 
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.

Oxşar xəbərlər

AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı
AFFA-nın konfransının vaxtı məlum oldu
AFFA-nın növbəti Hesabat Konfransı keçirilir
AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək
AFFA növbəti konfransın vaxtını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər