Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə"nin yeni transferi Bakıya gələcək
"Zirə"nin razılığa gəldiyi Malavi millisinin hücumçusu Robin Nqalande bu gün Azərbaycana gələcək.
Sportfm.az xəbər verir ki, 26 yaşlı hücumçu viza problemi səbəbindən "Zirə"nin Antalya toplanışına qatıla bilməyəcək. Bu səbəbdən də o, Cənubi Afrika Respublikasından Bakıya üz tutacaq.
Qeyd edək ki, Nqalande son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 ay klubsuz qalıb. Robin Madrid "Atletiko"susunun C komandasında, həmçinin, "Ayaks Kayp Taun" və "Platinium Stars"da da forma geyinib.
Oxşar xəbərlər
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokunda çıxış edəcək
"Zirə"nin futbolçusu milli komandaya dəvət olundu
"Zirə"nin iki futbolçusu milliyə dəvət aldı
"Zirə" 3 legioner və 1 yerli futbolçu ilə müqavilə bağladı - FOTO
"Atletiko"nun yetirməsi Bakıya birbaşa müqaviləyə gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası