Millimizin rəqibi Belarusla yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması yoldaşlıq oyunu keçirəcək.
Sportfm.az xəbər verir ki, Rayan Giqqzin rəhbərlik etdiyi kollektiv sentyabrın 10-da Belarusla qarşılaşacaq. Saat 22:45-ə təyin edilən matçın baş tutacağı şəhər və stadion hələ dəqiqləşməyib.
Bu, britaniyalıların sentyabrda ikinci ev oyunu olacaq. Uels yığması Belarusla dueldən 4 gün əvvəl “Kardiff Siti” stadionunda Azərbaycan millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu komandalar arasında ikinci görüş noyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Uelslə Azərbaycan Macarıstan, Slovakiya və Xorvatiya yığmaları ilə birgə E qrupunda yer alıb.
Oxşar xəbərlər
Azərbaycan millisi Belarusla qarşılaşacaq - İnkişaf Turniri
Azərbaycan yığması "Dinamo" stadionunda - YENİLƏNİR
Uels millisi yoldaşlıq oyunu keçirəcək - "Uembli" stadionunda
Azərbaycan yığması Uels komandası ilə qarşılaşacaq
Millimiz Hollandiya yığması ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası