reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"də baş məşqçi dəyişikliyi gerçəkləşdi


“Qəbələ”nin U-19 komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Sportfm.az xəbər verir ki, Famil Xəlilov Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. 2017-2018-ci illər mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan mütəxəssis ötən ilin avqustunda U-19-dan ayrılmışdı. Buna səbəb Xəlilovun 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi təyin olunması idi. 

Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. Sonuncu müxtəlif komandalarını çalışdırdığı futbol akademiyasından ayrılıb. İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandasında məşqçi kimi davam etdirəcək.

Oxşar xəbərlər

"Sabah"da yeni təyinatlar
"Qəbələ"də yeni baş məşqçi - FOTO
Axır ki, 15 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi müəyyənləşdi
Millimizin sabiq üzvü "Qəbələ"də baş məşqçi oldu
Quliyevi Baxşıyev əvəz edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər