reklam
Azərbaycan Premyer Liqası yenə gerilədi
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqası yenə gerilədi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı liqalarının siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən tərtib olunan cədvəldə planetin ən yaxşı 80 çempionatı yer alıb.

Siyahıda Azərbaycan çempionatı da var. Topaz Premyer Liqası ötən ilin nəticələrinə görə dünyada 70-cidi. Çempionatımızın əmsalı 306 xala bərabərdi.

Bir il öncə - 2017-ci ilin yekunlarında dünyanın 50-cisi olan Premyer Liqamız bu müddətdə 20 pillə geriləyib.

Son bir ildə ABŞ, Çili, İrlandiya, Latviya, Qvatemala, Estoniya, Kosta-Rika, Tailand, Macarıstan, BƏƏ, Anqola, Gürcüstan, Peru, Litva, Venesuela, Əlcəzair, Slovakiya, Qətər, Zambiya və Konqo çempionatları Premyer Liqamızı keçib.

Qeyd edək ki, siyahıya İspaniya La Liqası başçılıq edir - 1256 xal. İngiltərə 1050 xalla 2-ci, Braziliya 1043 xalla 3-cüdü. İlk "onluq"da Kolumbiya (1028), İtaliya (998), Argentina (902), Fransa (895), Almaniya (834,5), Şotlandiya (720,5) və Portuqaliya (714,5) çempionatları da yer alıb. Qonşu Türkiyə 6 pillə geriləyərək 570,5 xalla 20-ci sırada qərarlaşıb.(matç.az)

Oxşar xəbərlər

Premyer Liqa 14 pillə irəlilədi - Avropa reytinqi
Premyer Liqamız dünya reytinqində irəlilədi
Premyer Liqası dünyada 60-cı pillədə
"Qarabağ" ən yaxşılar sırasında
"Qarabağ" dünyanın ən yaxşıları sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər