reklam
Sportfm.az xəbər saytı

"Sabah"ı "Titanik"də sınayacaqlar -"Tobol"


Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxacaq. 

Sportfm.az xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Tobol" klubuyla qüvvəsini sınayacaq. "Titanik" otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 18:00-da başlayacaq. 

"Sabah" Antalyadakı ilk yoxlama oyununda Türkiyənin I Liqa təmsilçisi "Əskişəhərspor"u 1:0 hesabıyla məğlub edib. 

Qeyd edək ki, "Sabah" "Tobol"la matçdan sonra Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Elşad Əhmədovun komandası yanvarın 19-da Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, rəqib hələlik dəqiqləşməyib. 

Yoxlama oyunu

16 yanvar 

18:00. "Sabah" (Azərbaycan) - "Tobol" (Qazaxıstan)

Oxşar xəbərlər

Macarıstan klubu "Sabah"ı məğlub etdi
Türkləri məğlub edib, macarlarla görüşəcəklər - "Sabah"ın matçının vaxtı bilindi
Bir gündə 3 oyun - Klublarımız Antalyada
Azərbaycan klubu "Əskişəhərspor"la qarşılaşacaq
"Sabah"ın daha bir rəqibi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər