Azərbaycan çempionatının açılışı keçirildi -FOTO
Yanvarın 15-dən 26-dək şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu gün yarışın açılış mərasimi baş tutub. Mərasimdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Lütviyar Rüstəmov çıxış edərək yarış barədə iştirakçılara məlumat veriblər. Onlar şahmat üzrə ölkə çempionatının əhəmiyyətini qeyd edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparacaqlar. Ölkə birinciliyi Azərbaycan Şahmat Federasiyasının binasında keçiriləcək. Oyunlara sabah saat 10:00-da start veriləcək.
Qeyd edək ki, sonuncu ölkə çempionatının qalibi Abdulla Qədimbəylidir.
Oxşar xəbərlər
Veteranlar arasında ölkə çempionatı başladı - 3000 manat mükafat
15 000 manatlıq şahmat turniri keçiriləcək - Onlayn
FİDE Bakıda yeniliklər barədə məlumat verəcək
Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu
Azərbaycan çempionatı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası