• 10:22 Bazar
    24 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"“Sabah”da olmaq mənim üçün bir şərəfdir" - Coşqun Diniyev

“Qarabağ”dan getmək öz qərarımdır. Çünki son vaxtlar az oynayırdım və ehtiyatda daha çox qalırdım”.

Sportfm.az xəbər verir ki, bunu müsahibəsində “Qarabağ”dan ayrılaraq “Sabah”a transfer olunan Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev deyib.

23 yaşlı dayaq yarımmüdafiəçisi bildirib ki, Ağdam klubunda ehtiyatda qalmaqdansa, başqa komandada oynamağı üstün tutub: “Daim oynamalı olduğum bir yaşdayam. “Qarabağ”da ehtiyatda oturmaqdansa, başqa komandada oynamaq daha məqsədəuyğundur. Klub rəhbərliyi ilə danışdım və davamlı oynaya biləcəyim bir yerə getmək istədiyimi söylədim. Onlar da məni anlayışla qarşıladılar və qarşılıqlı razılaşma əsasında ayrıldım”.

- 2015-ci ilin iyunundan başlayan “Qarabağ” karyeranızı necə dəyərləndirirsiniz?

- Futbolçu karyeramın ən gözəl illərini “Qarabağ”da keçirmişəm. Orada baş məşqçimiz Qurban Qurbanov, kapitanımız Rəşad Sadıqov və digər komanda yoldaşlarımdan çox şey öyrəndim. Komanda ilə çempionluqlar yaşadım, Avropa Liqası və Çempionlar Liqasında böyük təcrübə qazandım. Orada mənə verilən dəstəyi hər zaman hiss etmişəm. Təəssüf ki, oynamaq üçün az şansım oldu. Bəlkədə, bunun da əsas səbəbkarı mənəm, istənilən formada olmamışam. Amma yenə deyirəm, futbolçu daim oynadıqda yaxşı forma toplayır. Ona görə də belə bir addım atdım. Bütün futbol ictimaiyyətinə görmək istədikləri Coşqunu göstərmək üçün “Sabah”a keçdim.

- Niyə məhz “Sabah”?

- İki-üç təklifim vardı. Amma “Sabah”ın adını eşidən kimi bütün fikrim bu kluba yönəldi. Çünki komandanın baş məşqçisi Elşad Əhmədovla bir neçə ilə öncə “İnter”də birgə çalışmışam. “Sabah”a gəlməyimdə başlıca səbəb baş məçqçi oldu. Həqiqətən də, onunla işləmək mənim üçün çox xoşdur. Transfer reallaşmamışdan qabaq klub rəhbərliyi ilə danışdıq. Onların klubun qarşısına qoyuqları missiya, gələcəyə dair planları məni cəlb etdi. Gələcək üçün yaxşı komanda qurmaq istəyirlər. Bütün bunları nəzərə alıb, “Sabah”la razılaşdım.

- Qardaşınız Kərim Diniyevlə ilk dəfə komanda yoldaşı olacaqsınız. Seçiminizdə bu amil də rol oynadı?

- İlk dəfə bir yerdə oynayacağımız üçün çox sevinirəm. Amma yenə də deyirəm, ilk növbədə, Elşad Əhmədov və klub rəhbərliyi ilə danışığım həlledici oldu. Qardaşımın bura gəlməyimdə rolu yoxdur. Amma belə alındığı üçün şadam.

- UEFA-nın tələbinə əsasən, “Sabah”ın fəaliyyətinin 3 ili tamam olmadığına görə 2019/2020 mövsümündə avrokubokda iştirak edə bilməz. Bu amil seçim edən zaman tərəddüt etməyinizə səbəb olmadı ki?

- Bunu əvvəldən bilirdim, “Sabah” yeni klubdur. Bütün məsələləri götür-qoy edəndən sonra razılaşmışam. Əsas komandanın gələcəyidir. Gələn mövsüm avrokuboka vəsiqə uğrundan mübarizə aparacaq “Sabah”da olmaq mənim üçün bir şərəfdir.

- “Sabah” sizdən əvvəl qış fasiləsində Rəşad Eyubov və Təmkin Xəlilzadəni transfer edib. Həmçinin ötən mövsümün ən yaxşılarından olan Cavid İmamverdiyev buradadır...

- Bəli, “Sabah” bir sıra güclü yerli oyunçular transfer edib. Bu da komandanın hədəflərindən xəbər verir. Çalışacağıq ki, hamının çəkindiyi bir rəqib olaq. Növbəti mövsüm hər kəs tamam başqa “Sabah” görəcək.

- Atanız Şahin Diniyevin “Sabah”a keçidinizə münasibəti necə oldu?

- Qərar verərkən atamla məsləhətləşdim. O da “Sabah”a keçməyi məsləhət gördü.

- “Sabah” keçməklə daha çox oynamağı nisbətən az qazanmaqdan üstün tutmuş oldunuz?

- Əmək haqqı barədə danışmaq istəməzdim. Əlbəttə, hər bir klubda maaşın məbləği arasında fərq olur. Mənim üçün bu yaşda oynamaq puldan önəmlidir. Pulu üstün tutsaydım, “Qarabağ”da ehtiyatda oturmağı qəbul edərdim. 

скачать dle 10.4 UTF-8Forex для начинающих

14-01-2019
246
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
11-08-2020
"Qarabağ" "Sabah"la qarşılaşacaq - Bakıda
21-07-2020
“Sabah”da ayrılıq -
“Sabah”da ayrılıq - RƏSMİ
9-06-2020
Azərbaycanda karantindən sonra ilk matç
Azərbaycanda karantindən sonra ilk matç
8-06-2020
“Sabah”ın futbolçusu Türkiyə klubunun hədəfində
“Sabah”ın futbolçusu Türkiyə klubunun hədəfində
1-06-2020
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı -
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
13-12-2019
"Sabah" yenə məğlub oldu
27-11-2019
Ömər Buludov 12-ci turun rəmzi komandasında -
Ömər Buludov 12-ci turun rəmzi komandasında - FOTO
27-11-2019
"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" - Jelko Sopiç
22-10-2019
“Sabah” – “Zirə”: 6-cı qarşılaşma
“Sabah” – “Zirə”: 6-cı qarşılaşma
31-07-2019
"Sabah"ın kapitanı: "Bu mövsüm iddialı komandalardan olacağıq" - VİDEO
21-06-2019
"Sabah"ın futbolçusu Çexiya klubunda
23-03-2019
“Bahar kuboku”nun qalibi məlum oldu -
“Bahar kuboku”nun qalibi məlum oldu - FOTOLAR
29-12-2018
Təmkin Xəlilzadə
Təmkin Xəlilzadə "Sabah"ın formasında - FOTO
17-07-2018
"Sabah" ukraynalı futbolçu transfer etdi
12-07-2018
Cavid İmamverdiyev rəsmən “Sabah”da!
Cavid İmamverdiyev rəsmən “Sabah”da!
  Xəbər Lenti
"Real" və "Sevilya" qələbə qazandı - La Liqa 24.01.2021, 09:55
Azərbaycan Kubokunda yeni mövsümə start verilir - "Səbail" "Zaqatala"ya qarşı 24.01.2021, 09:52
"Roma" - "Spezia" 4:3 - VİDEO 23.01.2021, 21:30
Salahlı 100-ə çatdı - Premyer Liqa 23.01.2021, 20:40
Salahlı 100-ə çatdı - Premyer Liqa 23.01.2021, 20:40
"Borussiya" M - "Borussiya" D 4:2 - VİDEO 23.01.2021, 19:10
67-ci oyun, 20-ci rəqib 23.01.2021, 18:43
Ronaldo 6 milyondan imtina etdi - Messidən cavab yoxdur 23.01.2021, 18:36
"Qarabağ"ın 400-cü səfər oyunu 23.01.2021, 17:52
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
16-01-2021
“Turan Tovuz” futbol akademiyası açıldı -
“Turan Tovuz” futbol akademiyası açıldı - FOTO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb