Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zabit Səmədov izdihamla qarşılandı -FOTOLAR
"Park Bulvar" ticarət mərkəzində "Mauqli" ləqəbli döyüşçü Zabit Səmədovla görüş təşkil olunub. Sportfm.az xəbər verir ki, Səmədov əvvəlcə jurnalistlərin suallarını cavablandırıb. Son döyüşü barədə danışan idmançı, kinoya çəkilmək istədiyini və K1 döyüş məktəbi açmaq fikrinin olduğunu bildirib. Böyük izdiham qarşısında keçən görüşdə idmançı pərəstişkarlarına avtoqraf verib, onlarla şəkil çəkdirib, tədbirə gələn hər kəsə təşəkkür edib. Qeyd edək ki, Z.Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb. İlk raundda rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb.
Qeyd edək ki, görüş zamanı Sportfm.az saytının baş redaktoru Araz Əhmədov idmançıya Myvideo Smart Box aparatı hədiyyə edib.

Oxşar xəbərlər
Zabit Səmədov növbəti döyüşünə çıxacaq - FOTO
Zabit Səmədov ad gününü qeyd etdi - FOTO
Prezident İlham Əliyev Zabit Səmədovla görüşüb - VİDEO
Van Damdan azərbaycanlıya təbrik mesajı
Zabit Səmədovun rəqibi onu döyüşdən əvvəl vurmaq istədi - ÖZƏL VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası